"Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, "cim-bom"un baş məşqçisi Fatih Terim qapıçı Fernando Musleraya əvəzləyici tapıb.
Belə ki, ötən mövsüm "Çaykur Rizəspor"la oyunda ayağı qırılan Musleradan sonra qapı öncə Okan Koçuka ardınca da Fatih Öztürkə həvalə edilmişdi.
Lakin onlardan istədiyi çıxışı görə bilməyən Terim sərəncamında yeni qapıçı görmək niyyətindədir.
Bu mənada 67 yaşlı mütəxəssisin əsas hədəfi "Göztəpə"də forma geyinən İrfan Can Eğribayatdır.
Fatim Terim yay transfer pəncərəsində 22 yaşlı qolkiperi sıralarına qatmaq üçün rəhbərliyə müraciət etdiyini bildirib.