Türkiyənin "Konyaspor" klubu baş məşqçisi ilə vidalaşıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Son turda "Beşiktaş"a uduzan "Konyaspor" rəhbərliyi İsmayıl Kartalla yollarını ayırdığını açıqlayıb. Belə ki, anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Konya təmsilçisi turnir cədvəlində 21 komanda arasında 15-ci yerdədir.