Super Liqanın 23-cü turunda keçirilən "Fənərbağça" - "Qalatasaray" derbisindən (0:1) sonra yaşananlar qalmaqala səbəb olub.
Offsideplus.az xəbər verir ki, "cimbom"un futbolçusu Etebo sosial şəbəkə hesabından bir video paylaşıb.
Belə ki, qələbə sonrası soyunub-geyinmə otağında Arda Turan və Markao təhqiramiz ifadələr işlədiblər. Qələbəni bu cür "qeyd edən" ikilinin bu hərəkəti "Fənərbağça" azarkeşlərini qıcıqlandırıb.
Bunun ardınca Etebo həmin videonu "instagram" hesabından silib.