"Fənərbağça" klubu futbolçusu Nabil Dirarı icarəyə verib.

Offsideplus.az klubun sosial media hesabına istinadən xəbər verir ki, "sarı larcivərtlilər" 34 yaşlı cinah yarımmüdafiəçisini Belçika "Brügge"sinə göndərib.

Razılaşmaya əsasən mərekeşli futbolçu mövsümün sonunadək Belçika təmsilçisində top qovacaq.

Qeyd edək ki, buna qədər "Fənərbağça" Kemal Ademi və Tolqa Ciğərci ilə yolları ayırmışdı.