Günlərdir davam edən transfer yarışının qazanan tərəfi "Fənərbağça" olub.
Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlər" "Başakşehir"in futbolçusu İrfan Can Kahvecini heyətinə qatıb. Rəsmi "tvitter" hesabında paylaşım edən "Fənər" 25 yaşlı yarımmüdafiəçini 4,5 illiyinə transfer etdiyini açıqlanıb. Kahveci yeni klubunda "17" nömrəli formada çıxış edəcək.
Məsut Özil "Fənərbağça"ya qatılması münasibətilə İrfanı təbrik edib:
"Fənərbağça" ailəsinə xoşgəldin İrfan Can Kahveci!"
Fenerbahçe Ailesine hoşgeldin İrfan Can Kahveci! ?? || Welcome to the @Fenerbahce family ??
— Mesut Özil (@MesutOzil1088) January 31, 2021