Mesut Özillə güclənən "Fənərbağça" artıq indidən növbəti mövsümün planlarını cızır.

Hədəf, çempion olacağı təqdirdə avrokuboklarda və növbəti Super Liqa mövsümündə uğurları sıralamaqdır. Bunun üçünsə artıq indidən yeni transferlər üçün hərəkətə başlanılıb. 

Offsideplus.az xəbər verir "Kuiz Park Reyncers"lə yayda müqaviləsi başa çatacaq Brayt Osayi-Samuelin keçidini böyük ölçüdə həll edən "sarı-lacivərdlilər" növbəti əcnəbi ilə birbaşa təmasa girib.

2700

 

Bu, "Portu"nun malili forvardı Mussa Mareqadır. 29 yaşlı futbolçunun Portuqaliya təmsilçisi ilə sözləşməsi bu ilin yayına qədərdir. Mareqa kareyrasını daha yaxşı maliyyə şərtləri altında başqa klubda və başqa ölkədə davam etdirmək istəyir.

moussa marega

Belədə "Fənərbağça" variantı onun üçün cəlbedici görünə bilər. Ortada Mesut Özil faktının olması da istanbulluların işini asanlaşdıra bilər. Mareqa ilə maraqlananlar çoxdur deyə, "Fənər" futbolçunun razılığını indidən almaq üçün agenti ilə gecə-gündüz danışır.