"Başakşehir" Kerim Freylə yollarını ayırıb.
Offsideplus.az klubun rəsmi saytına istinadla xəbər verir ki, 27 yaşlı futbolçunun İstanbul təmsilçisi ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. "Başakşehir" keçmiş futbolçusuna etdiklərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Ayrılıqdan bir neçə saat sonra Kerimin yeni iş yerinin adına aydınlıq gəlib. Avstriyada doğulan Türkiyə pasportlu yarımmüdafiəçi Niderland "Emmen"i ilə anlaşıb.
Qeyd edək ki, Frey "Başakşehir"ə 2017-nin yayında gəlmişdi. Geridə qalan vaxt ərzində əsas heyətdə möhkəmlənə bilməyən futbolçu müxtəlif vaxtlarda icarə əsasında Hayfa "Makkabi"si ilə "Emmen"in şərəfini qoruyub. Daha öncə "Fulhem", "Kardiff Siti", "Beşiktaş" və "Birmingem"in, eləcə də Türkiyə yığmasının formasını geyinib.