"Qalatasaray" - "Gençlerbirliği" matçında Türkiyə Superliqasında mövsümün ən erkən qolu vurulub.

Offsideplus.az xəbər verir ki, oyunun 27-ci saniyəsində Mbaye Diaqnenin vurduğu qol "Qalatasaray"ı önə keçirib. Bu qol Türkiyə Superliqasında 2020/21 mövsümünün ən erkən qolu kimi tarixə keçib.

Qeyd edək ki, matç "Qalatasaray"ın 6:0 hesablı darmadğını ilə başa çatıb.