Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Mbaye Diaqneni heyətdən kənarlaşdırılıb.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyinin bu qərarına səbəb 29 yaşlı hücumçunun ailə üzvlərindən birində koronavirus testinin müsbət çıxmasıdır.
Diaqne Türkiyə Super Liqasının XV turunda "Trabzonspor"la matçı buraxmalı olacaq. Sözügedən matç dekabrın 26-da saat 20:00-da başlayacaq.



