Türkiyə Superliqasında ardıcıl qazandığı qələbələr sayəsində liderlik savaşına geri dönən "Beşiktaş" heyətini yeni transfer ilə gücləndirmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, "qara qartallar" 8 qolla bombardir olan Vinsent Abubakara əvəzləyici axtarır. Son xəbərlərə əsasən isə "Beşiktaş" Abubakarın yerinə keçə biləcək oyunçunu artıq tapıb.

Belə ki, klubun hədəfində 2018-ci ildə böyük məbləğ qarşılığında "Everton"a transfer olan Cenk Tosundur. İlk mövsümdə çox yaxşı performans sərgiləyən 29 yaşlı hücumçu sonradan keçirdiyi zədələr səbəbindən əvvəlki formasından düşüb.

Qeyd edək ki, "Beşiktaş" yanvar ayında sabiq futbolçusu üçün rəsmi təklif göndərməyi düşünür. 7 miylon avro dəyərində olan Tosunun da "qara qartallar"a keçməyə həvəsli olduğu bildirilir.