Növbəti il futbol üzrə Türkiyə Super Kubokunun final matçı Qətərdə keçirilə bilər.
Offsideplus.az "NTV Spor"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir mətbuat konfransında məlumat verib.
Qeyd edək ki, Superkubok matçında 2019/2020 mövsümünün Superliqa çempionu "Başakşehir" və Türkiyə Kubokunun qalibi "Trabzonspor" üz-üzə gələcək.