Türkiyənin "Denizlispor" klubu baş məşqçisi Robert Prosineçki ilə yollarını ayırıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Xoruzlar" 2020/2021 mövsümündə xorvatiyalı mütəxəssisin rəhbərliyi altında Superliqadakı 8 oyunda cəmi 1 qələbə qazanıb. 5 xalı olan kollektiv 21 komanda arasında 20-ci pillədə qərarlaşıb.