Türkiyə Super Liqası təmsilçisi "Qalatasaray"ın transfer hədəfində yeni oyunçu var.

Offsideplus.az xəbər verir ki, "Qalatasaray" axtarışında olduğu mərkəz müdafiəçisini İngiltərə Premyer Liqasında tapıb. Belə ki, "Sarı - qırmızılılar" "Everton"un oyunçusu Muhammed Beşiçi heyətinə qatmaq fikrindədir.

Qeyd edək ki, İngiltərə təmsilçisi Allanı transfer edəndən sonra Beşiç baş məşqçi Karlo Ançelottinin planlarından kənarda qalıb.

28 yaşlı oyunçu ötən mövsüm icarə əsasında çıxış etdiyi "Şeffild Yunayted"də 13 matça çıxıb və 1 qol vurub.