"Fənərbağça" keçmiş oyunçusu Maks Kruzeni məhkəməyə verib.
Offsideplus.az xəbər verir ki, "Fənərbağça" Maks Kruze ilə yaranan anlaşılmazlıq səbəbindən FIFA-ya müraciət edib. Belə ki, Türkiyə klubu müqaviləsini tək-tərəfli ləğv edən Maks Kruzedən 18 milyon avro təzminat tələb edib.
Pandemiya dönəmində Fevral ayından sonra maaşının ödənilməməsi səbəbindən müqaviləsini ləğv edən Kruze Bundesliqa klubu "Yunion Berlin" klubu ilə razılığa gəlmişdi. "Fənərbağça" bu müddətdəki ziyanı ödəmək üçün 32 yaşlı oyunçudan 18 milyon avro təzminat istədiyini bildirib.