Türkiyənin “Kayserispor” klubu baş məşqçisi Robert Prosineçki ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, xorvatiyalı mütəxəssisin başa çatan müqaviləsi yenilənməyib.
Klubun rəhbərliyi yeni mövsümlə bağlı planlarında Prosineçki ilə eyni fikirdə olmayıb. Bu səbəbdən tərəflərin anlaşmadığı bildirilir.