Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyədən yeni təklif alıb.
Offsideplus.az xəbər verir ki, üç il öncə "Trabzonspor"un formasını geyinən forvarda bu dəfə "Kayserispor"dan dəvət gəlib.
Mövsümün yekunlarına əsasən, Super Liqanı tərk etməli olan, lakin Türkiyə Futbol Federasiyasının son qərarıyla elitada saxlanılan Anadolu klubu onunla danışıqları sürətləndirib.
2014-2008-ci illərdə millimizi çalışdırmış Robert Prosineçki buradan yaxşı tanıdığı Şeydayevi israrla öz sərəncamında görmək istəyir. Təklif olunan müqavilə isə 1+1 illikdir.
Ramilin "Sabah"ın Qəbələdəki düşərgəsində olduğu halda, hələ də kontraktını uzatmamasının əsas səbəbi budur. (sportinfo.az)