"Qalatasaray" klubunun əsas qapıçısı Fernando Muslera komandasına qoşulduğu günü xatırlayıb.

 Offsideplus.az xəbər verir ki, 34 yaşlı uruqvaylı əlcək ustası "Cimbom"a gəlişinin 9 illiyi münasibətilə paylaşım edərək, bu keçidin onun həyatını dəyişdirdiyini bildirib:

"9 il əvvəl bu gün mən bu komandaya gəldim, hansı ki mənim həyatımı dəyişdirdi".

Qeyd edək ki, Muslera 2011-ci ildə 6,5 milyon avro və Lorik Cana qarşılığında "Latsio"dan İstanbul klubuna transfer edilmişdi.

rrtre