“Neftçi” klubunun sabiq futbolçusu Levent Kartop Türkiyə Super Liqasında çıxış edən "Denizlispor"un baş məşqçisi təyin olunub.
Offsideplus.az xəbər verir ki, öncəki baş məşqçi Bülənt Uygunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
L.Kartopun qarşısına komandanı superliqada saxlamaq vəzifəsi qoyulub.
Qeyd edək ki, L.Kartop 2008-ci ildə "Neftçi"də oynayıb.