"Fənərbağça" sabiq üzvü Mehmet Aurelio ilə anlaşıb.
Offsideplus.az xəbər verir ki, 42 yaşlı keçmiş yarımmüdafiəçi İstanbul təmsilçisində məşqçi olaraq çalışacaq. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb.
Qeyd edək ki, Aurelio "Fənərbağça"da 2003-2008-ci illərdə çıxış edib.