Mario Mandzukiç karyerasını Türkiyədə davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, xorvatiyalı hücumçu ilə "Qalatasaray" yaxından maraqlanır.

Bu barədə məlumatı "24 saat" qəzeti yayıb. "Al Duhail"da xoşbəxt olmayan Mandzukiç Avropa köçmək istəyir. Xorvatiyalı forvardın "Qalatasaray"ın maaş şərtləri ilə razı olduğu bildirilib.