Niderlandın PSV klubunda çıxış edən və istədiyi performansı sərgiləyə bilməyən futbolçu Armindo Brumanın "Qalatasaray"a transferi barədə açıqlama verilib.

Offsideplus.az xəbər verir ki, sözügedən futbolçunun meneceri Katio Balde onun hazırda PSV-də qalmaq istədiyini və bu klubla titul qazanmaq istədiyini bildirib:

"Belə bir ehtimal yoxdur. Brumanın PSV-də qalacağını düşünürəm. O, hazırda klubu ilə titul qazanmaq niyyətindədir"

Qeyd edək ki, 25 yaşlı cinah oyunçusu 2013-2017-ci illərdə "Qalatasaray"da çıxış edib.