Türkiyənin "Qalatasaray" klubu koronavirus pandemiyasının yaratdığı iqtisadi vəziyyətlə əlaqədar bir sıra mühüm addımlar atmağa hazırlaşır.
Offsideplus.az sözügedən ölkənin mətbuatına istinadən xəbər verir ki, "sarı-qırmızılılar"ın rəhbərliyi komanda üzvlərinə yeni şərtlər, maaşlarda endirimlə bağlı təkliflər irəli sürüb. Bu şərtlərlə razılaşmayan futbolçularla isə yollar ayrılacaq.
Türkiyə mediasının yazdığına görə, həmin futbolçular Falkao, Belhanda, Fequli və Emre Akbabadır. Səçuk İnan və Fernando Muslera isə hazırki durumda komandaya dəstək nümayiş etdirir.
Sözügedən futbolçuların maaşlarının aşağı salınmasına etiraz etdiyi bildirilir.
Belə ki, məvaciblərin yüzdə otuza endiriləcəyi təqdirdə, bununla razılaşmayan oyunçular komandadan göndəriləcək.