“Beşiktaş” klubu almaniyalı qapıçısı Loris Karius ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, almaniyalı qapıçı "ağ-qaralar"la müqaviləsinə xitam verib.

Buna klubun ona olan borcunu ödəməməsi səbəb göstərilir. 

Mübahisəli vəziyyətlə əlaqədar müqaviləsinə birtərəfli qaydada xitam verən 26 yaşlı qolkiper, məxsus olduğu “Liverpul”a qayıdacaq.