“Qalatasaray” ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Fernando bir müddət meydana çıxa bilməyəcək.
Braziliyalı futbolçu Superliqanın son turunda “Göztəpə” ilə keçirilən matçda ayağından zədələnib. Onun ən az 3 həftə məşq edə bilməyəcəyi məlum olub. Bu isə o deməkdir ki, Fernando komandanın Antalya hazırlığında iştirak etməyəcək.