"Fənərbağça" klubu futbolçusu Ozan Tufanla yeni müqavilə imzalayıb.

Offsideplus.az  xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2023/2024 mövsümünün sonuna kimi uzadılıb.

 Qeyd edək ki, Türkiyə mətbuatı O.Tufanın təzminat qiymətinin 20 milyon avro olduğunu yazıb.