Türkiyə Super Liqasının 23-cü turunun mərkəzi nqarşılaşması “Beşiktaş” və “Fənərbağça” arasında baş tutub.

Offsideplus.az xəbər verir ki, 4 qolun vurulduğu derbidə “Beşiktaş” qalib gəlib.

Matçda hesabı “Fənərbağça” açsa da, “Beşiktaş” ikinci hissədə vurduğu 3 qolla 3-1 hesabı ilə qalib gəlib.

“Ağ-qaralar” bu qələbə sayəsində “Fənərbağça” ilə xalını bərabərləşdirib və top fərqinin daha yaxşı olmasına görə 3-cü pilləyə yüksəlib. Hazırda hər iki klub lider “Qalatasaray”dan 3 xal geri qalır.

“Beşiktaş” – “Fənərbağça” - 3:1

Qollar: Vida, 49, Quarejma, 77, 90+4 - Fernandao, 7