"Qalatasaray"a transferi gündəmdə olan Radamel Falkao bir jesti ilə bütün İstanbul klubunun azarkeşlərini həyəcanlandırıb.
Offsideplus.az xəbər verir ki, kolumbiyalı futbolçu "Cim-Bom"un qapıçısı Fernando Musleranın fotosuna şərh yazıb.
Belə ki, uruqvaylı qolkiper ötən axşam "Akhisar"a qalib gəldikləri Türkiyə Super Kuboku uğrunda oyundan sonra komanda yoldaşları ilə çəkdirdiyi fotonu sosial mediada paylaşıb. Falkao isə bu fotoya "Cimbombom" sözünü yazıb. Futbolçunun bu şərhinə 225 min bəyənmə və 330 mindən çox şərh gəlib.
Muslera onun şərhinə "Qalatasaray"a gəl" cavabını verib. İstanbul klubunun başqa bir üzvü Rayan Donk isə "Gəl, 1 həftə sonra mövsüm başlayır" yazıb.