"Sivasspor" klubunun futbolçusu Robinyonun Türkiyə Superliqasının hazırkı lideri "Başakşəhər"ə keçidi rəsmiləşib. 

Offsideplus.az xəbər verir ki, braziliyalı hücumçu ilə 2019/2020 mövsümünün sonuna kimi müqavilə imzalanıb. 34 yaşlı oyunçu yeni klubunda 70 nömrəli forma geyinəcək.

Qeyd edək ki. Robinyo "Sivasspor"la ölkə çempionatında oynadığı 30 matçda 12 qol vurub.