Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku "Fənərbağça" komandasına rəhbərlik edə bilər.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi rumıniyalı mütəxəsisi komandaya baş məşqçi təyin etmək niyətindədir. "Sarı-lacivərdlilər" Fillip Kokunu istefaya göndərdikdən sonra köməkçi-məşqçi Ervin Kumanla mövsümün sonuna qədər müqavilə imzalayıb. Hazırda bu komanda 12 turdan sonra 13-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Mirça Luçesku daha əvvəl "Qalatasaray" və "Beşiktaş" klublarında çalışıb. Onun uğursuz oyunlara görə Türkiyə millisindən göndəriləcəyi gözlənilir.