"Əl-Nəsr"lə müqaviləsi başa çatan Marselo Brozoviç karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Offsideplus.az  "Fanatik" nəşrinə istinadən xəbər verir ki, "Beşiktaş" xorvatiyalı futbolçunu transfer etmək istəyir.  

İstanbul təmsilçisi 33 yaşlı dayaq yarımmüdafiəçisi ilə danışıqlara başlamağa hazırlaşır.

Qeyd edək ki, "Əl-Nəsr" Marselo Brozoviçi 2023-cü ilin yayında "İnter"dən 15 milyon avroya transfer edib.