"Fənərbağça"da növbəti ay prezident seçkiləri olacaq.

Offsideplus.az xəbər verir ki, yenidən İstanbul təmsilçisinə rəhbərlik etmək istəyən Aziz Yıldırımın forvard seçimi də məlum olub.

O, "Atletiko"dan Aleksandr Sörlotu transfer etmək istəyir.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Sörlotun Madrid təmsilçisi ilə 2028-ci ilin yayına qədər müqaviləsi var. O, cari mövsüm 50 oyunda 19 qol vurmağı bacarıb.

"Transfermarkt" portalına görə onun bazar dəyəri 20 milyon avrodur.