“Fənərbağça”nın sabiq prezidenti Ali Koç Bebek Hotelə məxsus təhlükəsizlik kamerası görüntülərinin “narkotik əməliyyatı” ilə əlaqələndirilərək yayılmasına görə prokurorluğa müraciət edib.

Offsideplus.az xəbər verir ki, o, yayımlanan görüntülərlə bağlı şəxsi həyatın gizliliyinin pozulmasıKVKK (Şəxsi Məlumatların Qorunması Qanunu) çərçivəsində cinayət tərkibi olduğunu bildirib.

Məsələ ilə bağlı danışılan mənbələr qeyd ediblər ki, Ali Koçun adı heç bir əlaqəsi olmayan bir hadisəyə daxil edilməyə çalışılır. Bildirilib ki, sözügedən görüntülərin harada və nə vaxt çəkildiyi belə dəqiqləşdirilməyib, buna baxmayaraq, özəl məkana aid kamera qeydlərinin ictimailəşdirilməsi açıq şəkildə şəxsi həyatın toxunulmazlığının pozulması və KVKK pozuntusu sayılır.

Onun əməliyyatla heç bir məlumatı və əlaqəsi olmayıb, hadisədən əvvəl isə öz şəxsi proqramına uyğun şəkildə məkandan ayrılıb.