“Arsenal”ın futbolçusu Ben Uayt klubla yollarını ayıra bilər.
Offsideplus.az jurnalist Ben Ceykobs məlumat yayıb.
O bildirib ki, cinah müdafiəçisi növbəti mövsümdə sabit oyun təcrübəsi qazanmayacağından narahatdır.
Futbolçunun “Arsenal”la müqaviləsi 2028-ci ilə qədərdir.
Qeyd edək ki, Uayt mövsüm ərzində “topçular”ın heyətində 13 oyunda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçi ötən mövsümün əksər hissəsini dizindəki problemlər səbəbindən buraxıb.



