İtaliya A seriyasında dekabr ayının ən yaxşı futbolçusu bəlli olub.
Offsideplus.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
"İnter"in hücumçusu Lautaro Martines dekabr ayı üçün A Seriyasının ən yaxşı oyunçusu seçilib.
28 yaşlı hücumçu dekabr ayı ərzində 3 matçda meydanda olub və 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Martines bu mövsüm ümumilikdə 25 oyun keçirib, 14 qol vurub və 4 məhsuldar ötürmə edib.



