“Monako” ilə Paul Poqba arasındakı planlar gözlənildiyi kimi getmir.
Offsideplus.az xəbər verir ki, fransalı yarımmüdafiəçi oktyabr–dekabr ayları arasında oyun vaxtını artırmalı idi. Lakin son bir ay ərzində aldığı zədə səbəbindən meydanlardan uzaq qalan Poqbanın bu planları baş tutmayıb.
Nəticədə futbolçunun Dünya Çempionatı ərəfəsində Fransa millisinin heyətinə qayıtmaq ümidləri sürətlə azalır. Mövcud vəziyyət həm “Monako”, həm də Poqbanın gələcəyi üçün suallar yaradıb.



