“Yuventus” yanvar transfer pəncərəsində Oskar Minquezanı heyətinə qatmaq üçün rəsmi təklif göndərməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi hesab edir ki, əgər transfer yay pəncərəsinə qədər gözlənilsə, Minquezanın seçimləri çoxalacaq və onu Premyer Liqa klubuna itirmək riski yüksək olacaq, çünki ingilis klubları daha yüksək maaş təklif edə bilər.

Məlumata görə, Minqueza həm sağ cinah müdafiəçisi, həm də mərkəz müdafiəçisi mövqelərində oynaya bilir, bu da “Yuventus” üçün əlavə üstünlükdür.

Eyni zamanda, "Selta Viqo"  Minquezanı dərhal buraxmaq üçün “Yuventus”dan 20 milyon avro tələb edir. 

“Biankoneri” bu məbləği çox yüksək hesab edir və futbolçunu daha aşağı qiymətə gətirmək üçün danışıqları davam etdirir.