Fransalı hücumçu Robinio Vaz “AS Roma” ilə 4 mövsümlük müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, müqavilə 2030-cu ilin iyun ayına qədər qüvvədə olacaq.

Məlumata görə, “Roma” futbolçu üçün 25 milyon avro ödəyib və əlavə olaraq "Marsel" üçün 10% gələcək satış payı nəzərdə tutulub.

Beləliklə, Vaz karyerasını İtaliya klubunda davam etdirəcək.