Moskva “Dinamo”su hücumçusu Ülvi Babayevlə yeni müqavilə imzalayıb. 

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı azərbaycanlı futbolçunun yeni anlaşması 2029-cu ilin yayına qədər nəzərdə tutulub. 

Müqavilədə daha bir mövsüm uzatma maddəsi də var.

Qeyd edək ki, Babayev “Dinamo”nun yetirməsidir. O, əsas komandanın heyətində çıxdığı 16 oyunda 5 qol vurub.