Xabi Alonsonun “Real Madrid”dəki qısa müddətli baş məşqçilik dövrü ilə bağlı maliyyə detalları açıqlanıb.
Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis klubda keçirdiyi 6 aylıq müddət ərzində 7–9 milyon avro məbləğində ödəniş alıb.
Qeyd olunur ki, Alonso ilə “Real Madrid” arasında imzalanan müqavilədə xüsusi maddə yer alıb.
Həmin maddəyə əsasən, əgər baş məşqçi ilk mövsümündə vəzifəsindən azad edilərsə, ona yalnız həmin mövsümün tam müddəti üçün nəzərdə tutulan maaş ödənilməli idi.
Bu səbəbdən Xabi Alonso müqavilənin qalan illəri üçün deyil, yalnız ilk mövsüm çərçivəsində haqqını alıb.



