"Roma" heyətini hücumçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliya təmsilçisi Fransanın "Marsel" komandasından hücumçu Robinyo Vazın transferini reallaşdırıb.

18 yaşlı fransalı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Robinyo Vaz 2025/2026 mövsümündə keçirdiyi 10 matçda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.