"Everton" Yusuf En-Nesiri üçün "Fənərbağça"ya təklif göndərib.
Offsideplus.az xəbər verir ki, İngiltərə klubu mərakeşli hücumçu satınalma hüququ ilə birlikdə icarəyə götürmək istəyir. Satınalma məbləği isə 20 milyon avrodur.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
En-Nesiri 2024-cü ilin yayında eyni məbləğə "Fənərbağça"ya transfer olunub. O, cari mövsüm 25 oyunda 8 qol vurub.


