"Neftçi"nin futbolçusu Sessi Dalmeyda klubun Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki düşərgəsinə qoşulub.

Offsideplus.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Benin millisi ilə birlikdə Afrika Millətlər Kubokunda çıxış edib.

"Piramids"lə oyunun (1:1) ertəsi günü bərpa məşqi keçib istirahətə buraxılan "ağ-qaralar" bu gün baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında səhər məşqinə çıxıb. Komanda toplanışa axşam məşqi ilə davam edəcək.

Qeyd edək ki, "Neftçi" toplanış çərçivəsində sonuncu yoxlama oyununu yanvarın 16-da Çinin "Çenqdu Ronqçenq" klubuna qarşı keçirəcək.