NQolo Kante ilə “Fənərbağça” arasında danışıqlar müsbət istiqamətdə irəliləyir.
Offsideplus.az xəbər verir ki, məlumata görə, türkiyəli klub fransız yarımmüdafiəçinin transferi ilə bağlı təmasları intensivləşdirib.
Hazırda Kantenin çıxış etdiyi “Əl-İttihad” klubu futbolçunun yanvar ayında komandadan ayrılmasını nəzərdən keçirmir. Bununla belə, Səudiyyə Ərəbistanı təmsilçisi mövsümün sonunda futbolçunun azad agent kimi ayrılmasının qarşısını almaq imkanına malik deyil.



