“Atalanta”nın Ademola Lookmanın transferinə görə “Qalatasaray”dan istədiyi məbləğ bəlli olub.
Offsideplus.az “NTV Spor”a istinadən xəbər verir ki, “Atalanta” Lookmana görə “Qalatasaray”dan 40 milyon avro transfer haqqı tələb edib.
Nigeriyalı futbolçunun isə illik 9 milyon avro maaş istədiyi bildirilib.
Bu məbləği olduqca yüksək hesab edən “sarı-qırmızılar”ın transfer çalışmalarını dayandırdığı iddia olunur.
Qeyd edək ki, Ademola Lookman bu mövsüm “Atalanta” forması ilə 16 oyunda meydana çıxıb. 28 yaşlı nigeriyalı futbolçu bu qarşılaşmalarda 3 qol və 1 assistlə yadda qalıb.



