"Hazırda bu idman növünə gənclərin və yeniyetmələrin marağı böyükdür".
Offsideplus.az xəbər verir ki, bunu Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq “Mingəçevir reqatası-2024”dən əvvəl deyib.
O bildirib ki, bu gün Mingəçevirdə beynəlxalq reqataya start veriləcək: “Hazırda bu idman növünə gənclərin və yeniyetmələrin marağı böyükdür. Azərbaycanda idmana diqqət və qayğı var. Belə yarışların keçirilməsi dostluq ənənəsindən xəbər verir. Turnirin təşkilində əziyyəti olan hər kəsə təşəkkür edir, bütün idmançılara uğurlar arzulayıram".
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev yarış haqqında ümumi məlumat verib, idmançılara uğurlar arzulayıb.