Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ölkə daxilində avarçəkmə idman növünü populyarlaşdırmaqla yanaşı, beynəlxalq və xarici federasiyalarla da əlaqələri möhkəmləndirir.

Offsideplus.az xəbər verir ki, bunun nəticəsində bir çox yığma komanda qış hazırlığını yenidən “Kür“ Olimpiya Tədris-İdman Mərkəzində keçməyə başlayıb.

Belarus və Qazaxıstanın əsas yığma komandaları təlim-məşq prosesini burada davam etdirir. Qazaxıstan yığmasının üzvləri 1 nəfərlik kanoe qayığında 23 yaşa qədər idmançılar arasında dünya çempionu Rufina İskakova və yeniyetmələr arasında dünya çempionu olmuş Mariya Brovkova kimi gənc ulduzlar Mingəçevirdə təlim-məşqdədir. Məşqləri Mingəçevirdə davam etdirən Belarus yığmasının titullu idmançılarından Anastasiya Lebedeva da “Kür”də yaradılan şəraitdən məmnun qaldığını bildirib.