Gənclər və İdman Nazirliyi, Üzgüçülük Federasiyası, Su İdmanı Sarayı və İdman Jurnalistləri Federasiyasının (AİJF) birgə təşkilatçılığı ilə media nümayəndələri arasında üzgüçülük turniri baş tutub.

AİJF-dən Offsideplus.az-a verilən məlumata görə, 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışının nəticələrinə əsasən, İctimai Televiziyanın əməkdaşı Maksim Tsurkov turnirin qalibi adını qazanıb. İkinci-üçüncü yerləri isə müvafiq olaraq, Pavel Antonov (Sputnik.az) və Rəşad Cavadov (“Sportsmen” jurnalı) tutublar.

Qaliblərə diplom, medallar və təşkilatçılar tərəfindən hədiyyələr, bütün iştirakçılara isə xüsusi sertifikatlar təqdim olunub.

Mükafatları Su İdmanı Sarayının direktoru, Üzgüçülük Federasiyasının vitse-prezidenti Elçin Həsənov, Gənclər və İdman Nazirliyinin mətbuat katibi, AİJF prezidenti Qabil Mehdiyev və üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürəhmanov təqdim ediblər.

1636902159 uz

1636902197 uzbe