Moskva "Spartak"ının yeni baş məşqçisi məlum olub.
Offsideplus.az xəbər verir ki, Rusiya klubunu bundan sonra Xuan Karlos Karsedo çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
X. K. Karsedo 2023-cü ildən bəri "Pafos"u çalışdırırdı. O, Kipr klubunu tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə çıxarmışdı.
O, daha əvvəl də "Spartak"da çalışıb. 2012-ci ildə Unay Emerinin köməkçisi olarkən Moskva klubunda işləyib.



