"Sabah" sabiq çalışdırıcısı, hazırda "Krasnodar"ın baş məşqçisi olan Murad Musayev Premyer Liqada ardıcıl ikinci dəfə ayın ən yaxşısı adına layiq görülüb.
Offsideplus.az xəbər verir ki, bu barədə sözügedən qurumun mətbuat xidməti məlumat yayıb.
Musayev sentyabrda da bu mükafata layiq görülüb.
Qeyd edək ki, Murad Musayev 2021-2024-cü illərdə "Sabah"ın uğurları üçün çalışıb.