Milli komandamızın üzvü Pavel Paşayev “Aleksandriya”nın heyətində növbəti oyununu keçirib. 

Offsideplus.az xəbər verir ki, 30 yaşlı müdafiəçi Ukrayna Premyer Liqasının 7-ci turunun “Lvov”la səfər oyununda 90 dəqiqə meydanda olub. Görüşdə qalib müəyyənləşməyib. Hərəyə 2 qol vuran komandalar 1 xala razı olublar.

 Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 16-ya yüksəldən “Aleksandriya” 2-ci pillədəki yerini qoruyub.(qol.az)